Pxençxan-2018: Rusiya ilk qızıl medalını qazanıb
Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya Oyunlarında Rusiya ilk qızıl medalını qazanıb.
Mynews.az report-a istinadən xəbər verir ki, qonşu ölkə buna fiqurlu konkisürmə növündə qadınların sərbəst proqramla çıxışında nail olub. Alina Zagitova 239,57 xalla olimpiya çempionu olub. Digər rusiyalı Yevgeniya Medvedeva gümüş medala yiyələnib. 18 yaşlı idmançı 238,26 xal yığıb. Bürünc medalı isə 231,02 xalla kanadalı Keytlin Osmond əldə edib. Zagitova Oyunların 3 ən gənc olimpiya çempionundan birinə çevrilib. O, 15 yaş 255 gününün tamamında fərqlənib. Bu, olimpiada tarixində ikinci belə göstəricidir. Rekord isə 1998-ci il Naqano olimpiadasında 15 yaş 255 günündə ikən qızıl medal qazanmış Tara Lipinskiyə (ABŞ) məxsusdur.
Bu gün fristayl növü üzrə qadınların kross yarışına da yekun vurulub. İlk 2 yeri kanadalı Kelsi Serva və Brittani Filan tutub. Bürünc medal isə isveçli Sandra Neslunda qismət olub.
Qeyd edək ki, bu nəticələrdən sonra 10 qızıl, 8 gümüş və 9 bürünc medala sahib olan Kanada 3-cü pillədə möhkəmlənib. İsveç 5 qızıl, 5 gümüş medalla 6-cı, Rusiya 1 qızıl, 5 gümüş və 8 bürünc medalla 15-ci pilləyə yüksəlib.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 962 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 922 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 913 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 912 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 909 dəfə oxunub