Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyalı hokkeyçilər finala çıxdı

Qış Olimpiya Oyunlarında kişilər üzrə hokkey turnirinin yarımfinal matçında Rusiya yığması Çexiyanı 3:0 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb.

Mynews.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Hesabı oyunun 28-ci dəqiqəsində Nikita Qusev açıb. Çexiya yığmasının məşqçisi vurulmuş şaybada qayda pozuntusunun olduğunu – hokkeyçinin qapıçıya hücum etdiyini iddia edib.

Təkrar görüntüyə baxdıqdan sonra hakim meydançanın mərkəzini işarə edib. Bir dəqiqədən sonra Oleq Znarkın komandası üstünlüyü daha da artırıb. Vladislav Qavrikov xal fərqini ikiyə çatdırıb. Üçüncü periodun sonunda isə İlya Kovalçuq şaybanı rəqib qapıdan keçirib.

Bundan əvvəl dörddə bir finalda rusiyalı hokkeyçilər Noveç millisini 6:1 hesabı ilə darmadağın etmişdi. 

Turnirin ikinci finalçısı “Almaniya-Kanada” görüşündən sonra bəlli olacaq.

Qeyd edək ki, final oyunu fevralın 25-i, Bakı vaxtı ilə saat 08:10-da başlayacaq

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...