Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bıçaqlama üstündə tutulmuş güləşçi azadlığa buraxıldı - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində yunan-Roma güləşində gənclər üzrə Azərbaycan yığmasının üzvü Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Mynews.az xəbər verir ki, son sözlə çıxış edən güləşçimiz əməlindən peşman olduğunu deyib:

“Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində şücaətlə döyüşmüşəm. Hərbi hissədən arayış ala bilərsiniz, həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunları nəzərə almağınızı istəyirəm”.

Prosesdə hökm elan edilib. Hakimlər Kollegiyasının hökmünə əsasən, Tuncay Vəzirzadənin barəsində üç il azadlıqdan məhrumetmə ilə bağlı qərar çıxarılıb. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və təyin olunmuş cəza şərti hesab edilərək, müttəhim məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına görə, Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində qardaşı Eltunla əvvəllər tanımadığı Rüfət Həziyev arasındakı dava zamanı “Topaz” kontorundan bıçaq götürüb və Rüfəti bıçaqlayıb. Xəstəxanaya çatdırılan Həziyevin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Tuncay Vəzirzadənin 2011-ci ildə yeniyetmələr üzrə Avropa çempionu olduğu qeyd olunsa da, əslində onun nəinki qızıl medalı var, o heç mükafatçılar sırasına düşməyib. “Neftçi” İdman Klubunun üzvü olan Vəzirzadə ötən il Azərbaycan çempionu olaraq Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər üzrə Avropa çempionatında iştirak edib. O, 84 kq çəki dərəcəsində V yeri tutub. Həmçinin bıçaqlanmış Rüfət Həziyevin də güləşçi olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...