Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldu Çempionlar Liqasında ikinci oldu

"Real Madrid" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu mövsüm futbol üzrə Çempionlar Liqasında 12-ci qolunu vurub.

Mynews.az report-a istinadən xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində fərqlənib.

Portuqaliyalı turnirin ardıcıl olaraq doqquz oyununda minimum bir qola imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında "Mançester Yunayted"in sabiq forvardı Rud Van Nistelroy (2002/03-cü illər mövsümü) fərqlənmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...