Bakı Olimpiya Stadionunda "ailə sektoru" yaradıldı
Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.
Mynews.az xəbər verir ki, bu barədə report-a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər: "Hazırda fəal surətlə çalışırıq. Martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq matçı olacaq. Biz qərara gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməməyə hansısa bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. Atalar və analar futbola baxarkən uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşəkar dayələr fəaliyyət göstərəcək. Dayələr oyundan bir saat əvvəl və yarım saat sonra uşaqlara baxacaq".
Qeyd edək ki, Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.
Loading...
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 984 dəfə oxunub
- Emin Ağalarov söz verdi 984 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 982 dəfə oxunub
loading...