Salah üçün yaşıl işıq: Rəqibləri zədələndi
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxyo Aqvero ciddi zədə alıb.
Mynews.az xəbər verir ki, argentinalı futbolçu şənbə günü məşqdə sol dizindən zədələnib.
Klub həkimləri Dyeqo Maradonanın kürəkəninin təxminən iki həftə sonra sıraya qayıdacağını qeyd edib. Buna görə “Mançester Siti”nin bu gün “Stok Siti” ilə səfərdə keçirəcəyi Premyer Liqa matçında Argentina millisinin hücumçusu meydanda olmayacaq. Onun yerinə start heyətdə braziliyalı Qabriel Jezus çıxacaq.
İngiltərə Premyer Liqasının digər qolçularından Hari Keyn də zədə alıb. O, “Totenhem”in “Bornmut”la səfər qarşılaşmasında zədələnib. İngiltərə millisinin hücumçusu rəqibin bosniyalı qapıçısı Asmir Beqoviçlə mübarizə zamanı sağ topuğundan zədə alıb.
Futbolçunu həkimlər meydanda qaydasına salmağa çalışsa da, onun zədəsi ciddi olub. Nəticədə argentinalı baş məşqçi Maurisyo Pokettino 34-cü dəqiqədə 24 yaşlı hücumçunu həmyerlisi Erik Lamela ilə əvəzləyib.
Pokettino bildirib ki, Keynin əvvəl də həmin nayihədən zədəsi olub və onun durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək. Onun martda İngiltərə millisinin Hollandiya və İtaliya ilə yoldaşlıq matçlarını, eləcə də, “Totenhem”in “Çelsi” ilə aprelin 1-dəki derbi matçını buraxacağı gözlənilir.
Qeyd edək ki, Serxyo Aqvero Premyer Liqanın 21 qolla üçüncü sərrast futbolçusudur. Hari Keyn isə 24 qolla “Liverpul”un misirli oyunçusu Məhəmməd Salahla birgə ilk sıranı bölüşür.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1140 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1048 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 974 dəfə oxunub