Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Mançester Yunayted” mübarizəni dayandırdı - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki qarşılaşması keçirilib.

Mynews.az-ın xəbərinə görə, İngiltərənin “Mançester Yunayted” komandası doğma meydanda gözlənilmədən İspaniyanın “Sevilya” klubuna 1:2 hesabı ilə uduzub.

Qonaqların heyətində Ben Yedder 74 və 78-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. Qırmızı şeytanlar isə buna yalnız bir qolla cavab verə biliblər. Romeo Lukaku 84-cü dəqiqədə fərqlənib.

Xatırladaq ki, İspaniyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə görə, İspaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.

Günün ikinci qarşılaşmasında İtaliyanın “Roma” klubu ilk oyunda səfərdə 2:1 hesabı ilə uduzduğu Ukraynanın “Şaxtyor” komandasını qəbul edib.

Matç italyanların minimal hesablı qələbəsi ilə başa çatıb. “Roma”nı növbəti mərhələyə aparan yeganə qolu 52-ci dəqiqədə Edin Dzeko vurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...