Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sautqeyt İngiltərə millisinin Rusiyaya getməməsi barədə

Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır. 

Mynews.az xəbər verir ki, bu sözləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib. 

Hökumətin yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirən mütəxəssis turnirdə iştirak edəcəklərini söyləyib: 

“Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”. 

Qeyd edək ki, İngiltərə hakimiyyəti milli komandanın dünya çempionatından imtina edə biləcəyini açıqlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...