Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı polis serjantı qaydasız döyüş üzrə Avrasiya çempionu olu

Gürcüstanın Rustavi şəhərində MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatı keçirilib. Azərbaycanı təmsil edən Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev 90 kq-dan artıq çəki dərəcəsində peşəkarların yarışında Avrasiya çempionu kəmərinin sahibi olub.

DİN-dən Mynews.az-a verilən mləumata görə, Rəşad Vəliyev DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə polis taborunun əməkdaşı, polis serjantıdır.

 

O, əvvəllər özünü idmanın yunan-Roma güləşi üzrə də sınayıb, respublika və Bakı birinciliklərində fəxri kürsünün ilk pilləsinə qalxıb. Hazırda əlbəyaxa döyüş növləri ilə məşğul olur. İndiyədək çoxlu uğurlu döyüşləri olub. R.Vəliyev ötən il qaydasız döyüş üzrə baş tutan dünya çempionatında qızıl medal qazanıb. Yeddiqat respublika çempionu olan təmsilçimiz, beynəlxalq turnirlərdə də baş mükafata layiq görülüb.

Qeyd edək ki, Rəşadı bu yarışlara DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev hazırlayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...