Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, toplantıda I divizionun XIX turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.

İclasda rəqibini və hakimi təhqir edən futbolçulara da cəza kəsilib.

"Ağsu" - "Zaqatala" matçının 54-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

"Turan Tovuz" - "Şüvəlan" matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...