Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Palermo”nun futbolçusu: Azərbaycandan daha güclüyük

Makedoniya millisinin və İtaliyanın “Palermo” klubunun futbolçusu Aleksandar Traykovski sabah Antalyada keçiriləcək Azərbaycan yığması ilə oyundan danışıb.

Mynews.az xəbər verir ki, 25 yaşlı hücumçu millimizdən daha güclü olduqlarını iddia edib:

“Altı gündür ki, Türkiyədə hazırlıq keçirik. Məşq şəraitindən çox razıyıq. Maksimum şəkildə Azərbaycanla matça hazırlaşırıq. Finlandiyaya qarşı çox da yaxşı oynamadıq. Bizim rəqib isə meydanda özünü daha yaxşı tərəfdən göstərdi, çox intizamlı oynadılar. Qol şanslarımız oldu, ancaq qələbə üçün onlardan yararlana bilmədik.

Ümid edirəm ki, Azərbaycanla oyunda daha yaxşı oynayacağıq və müsbət nəticəyə nail olacağıq. Onlara qarşı oynaya bilərik. Azərbaycandan daha yaxşı komanda olduğumuzu bilirik və bunu meydanda göstərmək istəyirik”.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək Azərbaycan – Makedoniya oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü Türkiyənin məşhur hakimlərindən olan Halis Özkahya idarə edəcək. Millimizin oyununda ilk dəfə videotəkrardan istifadə olunacaq. Bunun üçün Cüneyt Çakır və Hüseyin Göçək iş başında olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...