Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güləşçilərimiz beynəlxalq turnirdən 4 medalla dönür

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçirilib.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri turniri 2 qızıl və 2 bürünc medalla başa vurub.

İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...