Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Rəqibimiz çox güclü komanda idi"

Rəqibimiz çox güclü komanda idi. Makedoniya yığmasını yaxşı təhlil etmişdik.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Tural Axundov bildirib.

Millimizin heyətində ilk dəfə start heyətində Makedoniya yığmasıyla 1:1 hesabıyla nəticələnən yoldaşlıq görüşündə meydana çıxan "Sumqayıt"ın sağ cinah müdafiəçisi oyundan razı alıb: "Əlmizdən gələni etdik ki, onların güclü zonalarını bağlayaq. Elə də oldu, yaxşı oynadıq. Qol imkanlarımız da oldu ki, birindən istifadə etdik. Bir-iki imkanımız da oldu ki, hesabda önə keçək. Komandamız yaxşı oynadı. Belə oynasaq, yaxşı nəticələrə imza ata bilərik" 

Axundov VAR sisteminə belə münasibət bildirib: "Qapımıza sonda penaltiylə nəticələnən həmin epizodu görmədim. Videotəkrara baxıb nəsə demək olar. Buna baxıb dedillərsə, yəqin, penalti var". 

Tural millimizdə möhkənməyə köklənib: "Əlimdən gələni edəcəm ki, bu komandada yerimi möhkəmlədim, daim oynayım, xeyir verim. Bu vətənimizin yığmasıdı, onun şərəfini qorumalıyıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...