Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qalatasaray” azərbaycanlı marketoloqun əl işləri ilə maraqlanır

Azərbaycanlı sabiq futbol hakimi, "İnter" və "Simurq" klublarının keçmiş rəsmisi, marketoloq Zöhrab Əliyevin əl işləri Türkiyənin məşhur klublarından birinin diqqətini cəlb edib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, səbəbkarın futbola aid maketlərinin sosial şəbəkələrdə paylaşılmasından sonra Türkiyənin "Qalatasaray" klubu Əliyevə rəsmi məktubla müraciət edib.

"Qalatasaray" nümayəndəsi Sibel Yurdagün tərəfindən göndərilən məktubda klubun onun hazırladığı stadion maketlərinə maraq göstərdiyi bəlli olub və ondan bir nüsxə kluba göndərilməsi xahiş edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...