Azərbaycanın Avropa və dünya çempionu VƏFAT ETDİ - FOTO
Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib.
BiG.AZ xəbər verir ki, bu barədə Unikal.org-a Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov məlumat verib:
"O, 14 qat dünya və 14 qat Avropa çempionudur. Ölkəmiz 60-dan çox medal gətirib. Onun oğlu da qol güləşi üzrə dünya və Avropa çempionudur. Hadisə isə axşam saatlarında baş verib. Belə ki, axşam televizora baxdığı yerdə infarkt keçirib. Sabah onun dəfn mərasimidir. Bütün idmançılarımız Minabəddin Qurbanovun dəfnində iştirak edəcək. O həm məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərir, həm də bizim federasiyamızın yarışlarına çıxırdı”.
Federasiya prezidenti 1956-cı il təvvəllüdlü "Qafqaz pələngi” kimi tanınan keçmiş idmançının ölümünə səbəb kimi, məşqlərdə çox yüklənməsi məsələsinə də münasibət bildirib:
"Bizim idmanda yaş həddi yoxdur. Minabəddin Qurbanov da "Qrand-Master” yarışlarında çıxış edirdi. Bu yaxınlarda Bolqarıtanın Sofiya şəhərində keçiriləcək Avropa Çempionatında iştirak etmək istəyirdi. O yarışa hazırlaşırdı. Təəssüflər olsun ki, dünyasını dəyişdi. Onun ölümünə səbəb heç də ağır məşqlər keçirməsi deyildi. Bu günə qədər bir yerinin ağrımasından şikayətlənməyib. Xaçmazın Yalama kəndində, təmiz hava şəraitində yaşayan biri idi. Çox sağlam, gümrah idi.. Əgər onun hansısa bir yerindən şikayəti olsaydı, dərhal bilib, həkimə aparardıq”.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 992 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 968 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 957 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 956 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 953 dəfə oxunub