Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Mynews.az-ın xəbərinə görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Ötən mövsümün finalçıları “Yuventus”la “Real Madrid” bu dəfə dörddəbir finalda üz-üzə gələcəklər.

Start fiti saat 22:45-də veriləcək, qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.

Digər qarşılaşmada “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” səfərdə İspaniyanın “Sevilya” klubunun qonağı olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 4-də keçiriləcək. “Liverpul” “Mançester Siti”ni, “Barselona” isə “Roma”nı qəbul edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...