Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbol oyunu zamanı ölən futbolçular - VİDEO

Hər idman növündə olduğu kimi futbolda da insan ölümləri görülə bilir.

Xüsusilə 90 dəqiqə meydançada bir yerdə dayanmayan futbolçular üçün risk hər zaman var. Sonuncu belə futbolçu ölümü isə Mart ayının 4-ündə baş verib. "Fiorentina" klubunun kapitanı, sabiq "Milan"-lı Davide Astori qaldığı oteldə ölü olaraq tapıldı.

Minlərin gözü qarşısında baş verən futbolçu ölümlərindən bəhs edəcəyik.

Mark Viviyen Foe

"Olimpik Lion", "Mançester Siti", "Uestxam Yunayted" komandalarının formalarını geyinmiş Kamerunlu oyunçunun ölümü 26 iyun 2003-cü baş verib. 2003-cü il konfederasiyalar kuboku Kolumbiya və Kamerun komandaları arasındakı yarım final oyununun 71-ci dəqiqəsində Foe yerə yıxılır. Görüntülərdə onun huşunun yerində olmadığı aydın görülür. Təcili xəstəxanaya aparılan Foedən bəd xəbər oyunun sonunda gəlir. Bundan bir gün sonra keçirilən Fransa və Türkiyə milliləri arasındakı oyunda qol vuran Tieri Hanri qolu onun xatirəsinə barmağı ilə yuxarını göstərərək qeyd edir.

Abdelhak Nuri

Hələ 20 yaşında təzə-təzə "Ayaks"-da əsas heyətdə oyunlara çıxan Nuri 8 iyul 2017-ci ildə "Verder Bremen"ə qarşı yoxlama oyununda huşunu itirərək yerə yıxılır. Xəstəxanaya aparılan gənc oyunçu 5 gün komada olur. 13 iyulda isə vəfat edir.

Fil O’Donnel

35 yaşlı sabiq "Seltik"-li oyunçunun ölümü bir qədər dramatikliyi ilə fərqlənir. "Maderuell" və "Dandi Yunayted" klubları arasındakı oyun zamanı qol vurduqdan sonra azarkeşlərə tərəf qaçaraq qolu qeyd etmək istəyən oyunçunun anidən ürəyi sancır. Xəstəxanaya aparılan Şotlandiyalı orada vəfat edir.

Emanuel Orteqa

Argentina aşağı liqasında, "San Martin De Burzako" klubunda çıxış edən oyunçu "Yuventud Unida" komandasıyla oyun zamanı Rəqiblə mübarizə şəraitində yıxılaraq reklam lövhələrinə çırpılır. Təcili xəstəxanaya aparılan oyunçunun həyatı xilas edilə bilmirlər.

Sergey Perkhun

Ukraynalı qapıçı 2001-ci ildə "ÇSKA" və "Anji Mahaçqala" komandaları arasındakı oyun zamanı rəqib futbolçu ilə toqquşması nəticəsində başından xəsarət alır. Dərhal xəstəxanaya aparılan futbolçu 9 gün sonra vəfat edir. Qeyd edək ki, Sergey Rusiya liqasında zədədən ölən ilk və tək oyunçudur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...