Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA intizamsızlığı cəzasız qoymadı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Mynews.az xəbər verir ki, iclasda Premyer Liqanın XXI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.

“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sesar Mesa Kolyi aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu üç oyunluq cəzalandırıb. Klublar isə 2400 manat cərimələnib.

Futbolçulara verilmiş üç oyun cəzanın bir oyunu şərti cəza kimi tətbiq edilib və altı ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində  yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Əvəzedici heyətlərin “Qəbələ” – “Sumqayıt” matçında Qəbələ klubunun baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...