FIFA futbolda üç vacib qaydanı dəyişir
FIFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır.
Mynews.az xəbər verir ki, ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.
Birinci dəyişiklik əvəzetmələrə aiddir. Hazırkı qaydalara əsasən, əvəzlənən futbolçu dördüncü hakimin yanından meydanı tərk etməlidir. Yeni qaydalarda isə oyunçunun referinin işarəsindən sonra ən yaxın yerdən meydançadan çıxması nəzərdə tutulub. Bu qayda oyunda lazımsız vaxt itkilərinin qarşısının alınmasına hesablanıb.
İkinci dəyişiklik məşqçilərin də sarı vərəqə ilə cəzalandırılmasını ehtiva edir. Mövcud durumda çalışdırıcılar intizamsız davranışa görə birbaşa meydandan qovulurdusa, bundan sonra onlara əvvəlcə sarı vərəqə göstəriləcək, sonra isə tribunaya göndəriləcəklər.
Son dəyişiklik isə qapıdan zərbə ilə bağlıdır. İndiki qaydalara əsasən, qapıçı topu oyuna daxil edərkən mütləq topu cərimə meydançasının kənarına ötürməli və ya vurmalıdır. Dəyişiklik zamanı qolkiperlər öz cərimə meydançası daxilində olan komanda yoldaşına da ötürmə verə biləcək. Ancaq ötürmə anında rəqib futbolçu cərimə meydançasına daxil ola bilməyəcək.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 954 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 912 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 903 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 902 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 599 dəfə oxunub