Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rafael Ağayev Döyüş Karate təşkilatının üzvü oldu - VİDEO

Azərbaycan karateçisi, beşqat dünya və onqat Avropa çempionumuz Döyüş Karate (Karate Combat) təşkilatının üzvü olub.

Mynews.az xəbər verir ki, artıq idmançımız bu təşkilatda ilk döyüşünü keçirib.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş döyüşdə Dominikan idmançısı Dionisio Qustavo ilə qarşılaşıb. Bu döyüşdə “Brilyant oğlan” zədələnsə də, 35 yaşlı rəqibi ilə görüşü qələbə ilə başa vurub.

Qeyd edək ki, bu təşkilatda karateçilər ənənəvi karate geyimlərində çıxış etmirlər və qaydalara görə, bir-birlərinə tam zərbə vura bilərlər. Onların çıxış etdikləri zallar da fərqli olur. Hazırda bu təşkilata dünyanın Top-100-də qərarlaşmış 30-dan çox ölkəsindən karateçi üzvdür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...