Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyaca məşhur DJ qrupu Azərbaycanda əyləncəli proqramla çıxış edəcək

Axwell Λ Ingrosso DJ qrupu aprelin 28-i axşam saatlarında baş tutacaq Kristina Aqileranın konsertindən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək.

Mynews.az-a verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki DJ – Axwell və Ingrosso - 2018 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günü əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək.

Sözügedən DJ-lər 28 aprel axşam saatlarında Kristina Aqileranın konsert proqramından sonra səhnəyə çıxaraq Kristal Zala toplaşanları səhər saatlarınadək əyləndirəcəklər. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq.

Əfsanəvi İsveç Mafia Evinin qurucu üzvlərindən olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi Axwell Λ Ingrosso DJ qrupu onlara incəsənət fəaliyyətində yeni zirvələr qazandırıb. Əldə etdikləri çox sayda “Grammy” mükafatı, DJ Mag Top 100-lüyündəki uğurları və treklərinin ard-arda Billboard və Beatport-da ən çox dinlənənlər arasında yer alması bu möhtəşəm DJ cütlüyünə bütün dünyada böyük maraq oyadıb.

2014-cü ildə Nyu-Yorkda təşkil olunan “Governors Ball” musiqi festivalında ilk əməkdaşlığa imza atan, hazırda Stokholmda fəaliyyət göstərən qrup üzvləri “Something New” adlı debüt sinqlının ardınca “On my way”, “Can’t Hold Us Down” və “Sun is Shining” adlı mahnıları ilə radio dalğalarını fəth edirlər.

Musiqiçi Pusha T-nin də iştirak etdiyi “This Time” adlı sinql 2015-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xeyriyyə tədbirində çıxış edən ulduzların konsertində eksperimental dönüş nöqtəsi idi. Bundan sonra qrup “Dream Bigger” adlı instrumental sinqlı ilə 2016-cı ilə start verir.

“Coachella”, “V Festival” və “Electronic Daisy Carnival” kimi musiqi və əyləncə platformalarında daimi iştirakı və prestijli məkanlardan olan “Ushuaia Ibiza”-da yay mövsümündəki mütəmadi çıxışları isveçli DJ-lərin incəsənət fəaliyyətinin bu il də daha yüksək tempdə keçəcəyindən xəbər verməkdədir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-lərin Bakıya gəlişinə çox sevindiyini bildirib: “Axwell Λ Ingrosso-nun musiqisi bütün dünyaya xitab edir. Qrupun şənbə günü gecə saatlarında baş tutacaq əyləncə proqramı həftəsonu tədbirlərimizin ən həyəcanverici hissəsidir. Kristal Zalda baş tutacaq bu konsert F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm – yalnız bir biletlə həm Kristina Aqileranın, həm də Axwell Λ Ingrosso-nun əyləncə proqramına şahidlik edəcəksiniz! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Bütün dördgünlük bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-in iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 11-dən etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

 

Yer

Ünvan

1

Park Bulvar

92 Neftçilər Prospekti, Park Bulvar TM 10:00 - 22:00

2

ASAN 2 (AMAY)

ASAN, Alfred Nobel küç. 23, Xətai

3

ASAN 3 (Fresco Market)

ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal

4

Gənclik Mall

Fətəli Xan Xoyski 38, Bakı 10:00 - 22:00

5

Heydər Əliyev Sarayı

Bül-Bül pr.35., Bakı 11:00 - 19:00

6

Kiosk 1 (Azərbaycan kinoteatrı)

Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00

7

Kiosk 2 (Kontinental Market)

Nizami küç.95 11:00 - 19:00

8

Kiosk 3 (Hökümət Evi)

Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00

9

28 Mall

Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...