Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbolda bu da oldu - Zərbədən dalağı parçalandı

Bazar günü oynanılan "Torino" - "İnter" matçında xoşagəlməz hadisə yaşanıb.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, Antonio Kandrevanın yerinə yetirdiyi cərimə zərbəsi güvənlik işçisinin belinə dəyərək, onun dalağının parçalanmasına səbəb olub. 

Torino-nun minimal hesablı qələbəsi ilə yekunlaşan matçda Antonionun zərbəsi qapıya deyil, güvənlik işçisinə tuş gəlib. Həmin şəxs şiddətli ağrı hiss etsə də, durumun bu qədər ciddi olacağını təxmin etməyib. Xəstəxanaya aparıldıqdan sonra, dalağının parçalandığı müəyyənləşib və əməliyyat olunub. 

Hər iki klubun nümayəndələri stadion əməkdaşını xəstəxanada ziyarət ediblər.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...