Fərhad Qasımov: Ermənistanın lehinə səs verməyim yalandır

Aprelin 15-dən Ermənistanın paytaxtı Yerevanda 23 yaşadək qılıncoynatma üzrə Avropa çempionatı keçirilir.
Mynews.az xəbər verir ki, məlum səbəblərdən Azərbaycan millisi bu yarışda iştirak etməkdən imtina edib.
Lakin maraqlıdır ki, bu yarışın Ermənistanda keçirilməsinə razılıq verən nümayəndələr arasında Azərbaycan təmsilçilərinin də olduğu bildirilir. Bu iddia ilə Ermənistan millisinin baş məşqçisi Alik Navasardyan çıxış edib. O bildirib ki, Azərbaycanla Türkiyə iki il əvvəl Ermənistanın lehinə səs veriblər:
“Biz bu imkanı çətinliklə əldə etdik. Ermənistan Qılıncoynatma Federasiyası çempionatın bizim ölkədə keçirilməsi üçün hər şeyi etdi. Ermənistanı 44 ölkədən 34-ü dəstəklədi, qalanları İsrailin lehinə səs verdilər. Türkiyə və Azərbaycan da Ermənistanın xeyrinə səs verdi. Ancaq Azərbaycan komandası birincilikdə iştirak etməyəcək”.
Azərbaycan KİV-də gedən xəbərə görə isə, həmin səsvermədə iştirak edənlər Qılıncoynatma Federasiyasının (AQF) sabiq vitse-prezidenti Yaşar Məmmədov və indiki vitse-prezidenti Fərhad Qasımov (Kasimov) olub.
Artıq AQF-nin vitse-prezidenti Fərhad Qasımov iki il öncə Polşanın Toruny şəhərində keçirilmiş FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) konqresində iştirak məsələsinə aydınlıq gətirib. O, dərc edilənlərə belə şərh verib:
“2016-cı ilin iyununda Polşanın Torun şəhərində keçirilən konqresdə mən Beynəlxalq Qılıncoynatma Federasiyasının müşaviri qismində çıxış etmişəm. FİE-nin nümayəndəsi kimi mənim səsvermədə iştirak etmək kimi səlahiyyətim olmayıb. Ümumiyyətlə, 2017-ci ilin payızına kimi Azərbaycan Qılıncoynatma Federasiyasında təmsil olunmamışam.
Mətbuatda bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edim ki, səsvermə gizli formatda keçirillir və səs verən şəxsdən başqa heç kim onun hansı ölkəyə və ya namizədə səs verdiyini bilə bilməz. Bu səbəbdən də Avropa Qılıncoynatma Konfederasiyasının gizli keçirilən səsvermənin nəticələrini hansısa jurnalistə göndərdiyini və ya ictmaiyyətə açıqlayacağını iddia etmək də absurddur”.
Qeyd edək ki, sözügedən qitə birinciliyi ayın 19-dək davam edəcək. Bu turnirdə Avropanın 32 ölkəsindən 300-ə yaxın idmançı mübarizə aparır.
İdman
- Dünya çempionatında daha iki medal qazandıq
- "Qalatasaray" daha bir hücumçu alır
- Azərbaycanda üç futbol komandası ləğv olundu
- Futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
- Millimiz ilin son turnirindən üç medalla qayıdır - FOTOLAR
- "Erməniyə hücum edən bir kişi oldu, o da Rəşad Sadıqov" - Xatirədən sərt sözlər
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Onu yatılı qoyub efirə gəlmişəm" - - Şəbnəm Hacıdan danışdı 960 dəfə oxunub
- Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - - Ölən şəxsin adı məlum oldu 935 dəfə oxunub
- Qarlı hava şəraiti nə qədər davam edəcək? - - AÇIQLAMA 927 dəfə oxunub
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda 926 dəfə oxunub
- Fədayə yenidən hakim qarşısına çıxacaq 925 dəfə oxunub