Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis kapitanı federasiya prezidenti seçildi - FOTO

Azərbaycan Kunq-Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. 

Mynews.az-a verilən məlumata görə, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən kunq-fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...