Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan kubokunda finalın məkanı və başlanma saatı açıqlandı

“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb. 

Mynews.az xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib. 

Püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub. 

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 May – Respublika Günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...