Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimizin baş məşqçisi: Yığmaya yeni qan gəlib

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şaban Donat aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində brifinq keçirib.

Mynews.az xəbər verir ki, türkiyəli mütəxəssis çempionata hazırlıqla bağlı fikirlərini bölüşüb:

“Qarşıdakı Avropa çempionatı yeni qaydalarla keçiriləcək. Yarışa yaxşı hazırlıq dövrü keçmişik. Yarış ərəfəsində Ukrayna və İranda iştirak etdiyimiz turnirlərdə uğurlu nəticələr göstərmişik. Məşqçilər heyətində dəyişiklik baş verib.

Rövşən Bayramov bilik və təcrübəsini artıq gənc güləşçilərlə bölüşür. Onunla birgə Emin Əhmədov da məşqçi kimi çalışır. Hesab edirəm ki, yığmaya yeni qan gəlib. Çempionata iddialı yollanacağıq. Bütün çəkilərdə iddialı olacağıq.

Avropa çempionatında Azərbaycanı ən yaxşı səviyyədə təmsil edəcək, ölkənin bayrağını ucaltmağa çalışacağıq. Təbii ki, güclü rəqiblərimiz var. Amma biz də güclüyük.

Heyətimizdə Rəsul Çunayev kimi təcrübəli isimlər var. Biz kiminsə üzərinə yük qoymaq istəmirik. Çünki bu, fərdi mübarizə olduğundan hər kəs özünə cavabdehlik daşıyır. Azərbaycan güləşdə iddialı ölkədir. Bütün çəkilərdə medallara iddialıyıq. Əyarını isə bilmək olmaz. Uda da, uduza da bilərik. Yəni, hamı qızıl medala namizəd deyil”.

Şaban Donat 130 kq çəki dərəcəsindəki dəyişikliyin nə ilə əlaqədar olmasına da aydınlıq gətirib:

“Ukraynadakı turnirdə zədələndiyi üçün Sabah Şəriətini Türmən Eyyubovla dəyişdik. Əslində, Eyyubov 97 kq çəkidə güləşir. O da bu mövsüm yaxşı irəliləyişə nail olub. İranda keçirilmiş turnirdə bürünc medal qazanıb. Gənc olmasına baxmayaraq, hazırkı formasına əsasən, Türmənin 130 kq-da çıxış etməsini qərara aldıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...