Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Boksçumuz olimpiadaya lisenziya qazanıb - FOTOLAR

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 

Mynews.az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Vaqif Şirinovun baş məşqçi olduğu kollektivin üzvlərindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda hollandiyalı Peer van Kası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Bu qələbə azərbaycanlı boksçuya qızıl medalla yanaşı, oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

69 kq-da çıxış edən Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Azərbaycan oğlanlardan ibarət yığmaların komanda hesabında 6-cı yeri tutub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...