Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Apelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün sərbəst və qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Mynews.az xəbər verir ki, üç gün davam edəcək yarışda baş məşqçi Firdovsi Umudov Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzalı Müslimov (70 kq), Coşqun Əzimov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovun (125 kq) xidmətindən yararlanacaq. 

Eyni zamanda, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan F.Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...