Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avropa çempionatı üçün qadın yığmamızın heyəti açıqlanıb

Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün güləş üzrə qadın yığmamızın heyəti açıqlanıb.

Mynews.az xəbər verir ki, baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq) çıxış edəcəklər.

Qonşu ölkəyə məşqçi qismində Rövşən Umudovla Andrey Stadnik də yollanacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2-4 mayda olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...