Fransalı futbolçu əli ilə qol vurub - VİDEO
Fransanın “Marsel” klubunun hücumçusu Florian Toven Avropa Liqasının yarımfinal oyunu çərçivəsində “Red Bull Salzburq” komandasının qapısına əli ilə qol vurub.
Mynews.az xəbər verir ki, qolun görüntüləri “Football Goals and Highlights” “Youtube” kanalında yayımlanıb.
Fransalı hücumçu qarşılaşmanın 15-ci dəqiqəsində Dimitri Payetin cərimə zərbəsindən ötürdüyü topu qola çevirib. Təkrara baxılan zaman qolun Tovenin başına toxunduqdan sonra əlinə dəydiyi görünür. Oyundan sonra Toven qolu əli ilə vurduğunu təsdiqləyib.
“Mənim qolum? Mən gördüm ki, Payet topu uzaq küncə ötürəcək. Mən başımla topu vurdum. Bu zaman top əlimə də dəydi”, - oyunçu “Goal” nəşrinə açıqlamasında deyib.
Qarşılaşma Fransa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 3-də Salzburqda keçiriləcək.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 960 dəfə oxunub
- Emin Ağalarov söz verdi 960 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 958 dəfə oxunub