Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Misir Futbol Federasiyası ilə Məhəmməd Salah arasında münaqişə

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah ilə Misir Futbol Federasiyası arasında münaqişə baş verib.

Mynews.az report-a istinadən xəbər verir ki, səbəb milli komandanın futbolçularını daşıyan təyyarədə 26 yaşlı forvardın təsvir olunmasıdır. Federasiya şəxsiyyətindən reklam məqsədi ilə istifadə etdiyi Salaha kompensasiya ödəmək istəmir.

Daha əvvəl futbolçunun agenti bu insidentə görə qurumu tənqid edib. Əvəzində onun davranışı federasiya tərəfindən ləyaqətsizlik kimi qiymətləndirilib. Oyunçunun özü isə sosial şəbəkədəki hesabında hadisələrin belə gedişindən məyus olduğunu vurğulayıb. Onun fikrincə, belə məsələlər daha nəzakətlə həll olunmalıdır.

Misirin idman naziri Xaled Abd əl-Əziz məsələni araşdıracağını bildirib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...