Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qalatasaray" prezidenti avtomobil qəzasına düşüb

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib. 

Mynews.az report-a istinadən xəbər verir ki, M.Cengiz Türkiyə Super Liqasının XXXI turunda doğma meydanda "Beşiktaş"la qarşılaşdıqları oyundan sonra yol qəzasına düşüb.

Saat 00:00 radələrində onun sürücüsünün idarə etdiyi maşın avtobanda olan bir avtobusla toqquşub. Hadisə nəticəsində ciddi yaralananlar olmayıb. Klub prezidentinin vəziyyətinin qaydasında olduğu açıqlanıb.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...