Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula 1-ə görə Bakıya gələnlərin sayı 31 faiz artıb

Aprelin 29-da başa çatan Formula 1 Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib.

Mynews.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidmətinin "Tvitter"dəki səhifəsində qeyd olunub.

Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.

Xatırladaq ki, keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71 451 tamaşaçı gəlmişdi.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hamilton olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...