Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA Klublar Komitəsinin iclası başlayıb

AFFA Klublar Komitəsinin bu il üçün ikinci iclası başlayıb.

Mynews.az report-a istinadən xəbər verir ki, "Bulvar" otelində keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Azərbaycan Premyer Liqasında çıxış edən klubları isə Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Ramin Həsənov (Səbail), Kamran Quliyev ("Neftçi"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") təmsil edir. Yalnız "Qəbələ" nümayəndəsi hələlik iclasa gəlməyib.

Qeyd edək ki, toplantının gündəliyində AFFA-nın baş katibi Elxan Məmmədovun çıxışı, əvəzedici komandaların I Divizionda iştirak etmələrinin mümkünlüyünün müzakirəsi, uşaq liqalarında (U10 - U14) pley-off mərhələsində uduzann oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi, U15 və yuxarı liqa oyunlarının biirləşməsi (Məqsəd: xərclərin azaldılması), U10 - U14 liqalarının final mərhələsinin keçirilmə sisteminin dəyişdirilmə ehtimalının müzakirəsi və digər məsələlər yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...