Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çempionlar Liqasının ilk finalçısı məlum oldu - VİDEO

Ötən gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından biri baş tutub. 

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, "Real Madrid" doğma meydançada "Bavariya"nı qəbul edib. "Santiyaqo Bernabeuda" təşkil olunmuş qarşılaşmada hesab bərəbərə yekunlaşıb. Hər iki klub 2 top vura bilib. 

Qarşılaşmada ilk qol 3-cü dəqiqədə qonaqlardan gəlib. Ximmik hesabı açıb. "Real Madrid"in qollarını Benzema vurub. 11 və 46-cı dəqiqədə rəqibin qapısına topu göndərib. "Bavariya"nın növbəti qolu 63-cü dəqiqədə Rodriqezdən gəlib. 

İlk oyunda 2:1 hesablı qələbə qazanan "Real" bu nəticə ilə finala çıxan ilk klub olub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...