Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur futbolçuda xərçəngin nadir növü aşkarlandı

Futbol üzrə Danimarka milli komandasının keçmiş kapitanı Rene Henriksenin beyin sümüyündən şiş aşkarlanıb. 

Mynews.az report-a istinadən xəbər verir ki, 48 yaşlı sabiq futbolçuya mielomatos diaqnozu qoyulub. Bu isə 50 yaşdan aşağı insanlara yol tapan xərçəngin nadir növlərindəndir. 

Xəstəliyi haqda açıqlama verən Henriksen deyib:

"Son oyunumu meydanda keçirdiyimi düşünmüşdüm. İndi həyatımın matçına çıxıram. Özümdə lazımi gücü tapmaqda qərarlıyam". 

Qeyd edək ki, Rene Henriksen vaxtilə yerli "Akademisk" və Yunanıstanın "Panatinaikos" komandalarında ümumilikdə 189 oyun, yığmada isə 66 oyun keçirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...