Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı nazir futbol klubundan ayrıldı

“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. 

Mynews.az-ın xəbərinə görə, toplantıda şuranın yeddi üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak edib. 

Belə ki, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduğu üçün Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərə bilməyəcəyi ilə əlaqədar şuraya müraciət edərək üzvlükdən azad edilməsini xahiş edib.

İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov öz növbəsində Muxtar Babayevə səkkiz il ərzində “Sumqayıt” FK-ya və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilib və onun Müşahidə Şurası üzvlüyündən azad edilməsi qərara alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...