Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı

“Qarabağ”ın U-19 komandası mövsümü gümüş medallarla başa vurub.

Mynews.az xəbər verir ki, bu komandanın baş məşqçisi Rəşad Sadıqov artıq bu vəzifədən ayrılıb. 

21 və 20 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və “Qarabağ”ın əsas komandasının kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. “Qarabağ” U-19-nun yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, sözügedən klubun U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda, UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub. “Qarabağ” Madriddə “Atletiko”nu 1:0 məğlub edib.

Onu da bildirək ki, Gənclər Liqasının qızıl medallarını “Qəbələ” alaraq UEFA-da Azərbaycanı təmsil etmək hüququ əldə edib. “Səbail”in müvafiq komandası isə bürünc medal qazanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...