Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldu ÇL final oyunu ərəfəsində zədələndi

“Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının XXXVI turu çərçivəsində “Barselona”ya qarşı keçirdiyi oyunun fasiləsi zamanı zədələndiyi üçün əvəzlənib. 

Mynews.az xəbər verir ki, 33 yaşlı futbolçunun topuq bağları zədələnib.

“Kral klubu”nun baş məşqçisi Zinedin Zidan Ronaldunun zədəsinin ciddi olmayacağına ümid etdiyini bildirib. 

“Hazırda Ronalduda heç də hər şey qaydasında deyil. Ancaq ümid edirəm ki, zədə ciddi olmayacaq”, – Zidan deyib. 

Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşması 2:2 hesabı ilə bitib. Mayın 26-da madridliləri Çempionlar Liqasının finalında “Liverpul” ilə oyun gözləyir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...