Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DÇ-2018-in ən çox qazanan məşqçiləri

DÇ-2018-də iştirak edəcək komandaların baş məşqçilərinin məvacibi açıqlanıb.

Mynews.az komanda.az-a istinadən xəbər verir ki, mundialda ən varlı məşqçi statusunda Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv olacaq. Onun illik məvacibi 3,8 milyon avrodu.

Braziliya yığmasının baş məşqçisi Tite isə ildə 3,4 milyon avro qazanır. Fransa yığmasının baş məşqçisi Didye Deşamın da illik məvacibi 3,4 milyon avrodu.

4-cü pillədə İspaniya yığmasının çalışdırıcısı Xulen Lopeteqi qərarlaşıb - 2,9 milyon avro. Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov isə 5-ci pillədədi - 2,5 milyon avro.

Mundialın ən kasıb məşqçisi isə Aliu Sissedi. Seneqal yığmasının çalışdırıcısı ildə cəmisi 200 min avro məvacib alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...