Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz Slovakiya yığmasını məğlub etdi

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

Mynews.az report-a istinadən xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını sınağa çəkib. Görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:14, 25:12).

Qeyd edək ki, mayın 16-dək Mariborda hazırlıq keçəcək millinin Sloveniya və Xorvatiya kollektivləri ilə yoxlama oyunları da nəzərdə tutulub Yığma ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...