Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

""Qarabağ"la oyundan sonra...” - Stefan El-Şaaravi

İtaliya çempionatı ilə Çempionlar Liqasında (ÇL) atmosfer tam fərqli olur. Bu iki yarışı müqayisə etmək mümkün deyil.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın yarımmüdafiəçisi Stefan El-Şaaravi deyib.

İtaliya A seriyasının XXXVII turunda "Yuventus"u qəbul edən paytaxt təmsilçisi 0:0 hesablı bərabərliklə kifayətlənib. "Yuventus" çempionluğu rəsmiləşdiribsə, "Roma"nın mövsümü ilk "dördlük"də tamamlayacağı dəqiqdi.

İtaliya mətbuatına müsahibə verən El-Şaaravi komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. "Skuadra Adzurra"nın üzvü A seriyasında çempionluq uğrunda mübarizə apara bilməmələrini qeyri-stabil çıxışla əlaqələndirib. 26 yaşlı futbolçu, xüsusən də, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la axırıncı tur matçından sonrakı periodu həlledici hesab edir: "Mövsümə yaxşı başlasaq da, bunun davamını gətirə bilmədik. Bir növ davamlılıq çatmırdı. Xüsusən də, "Qarabağ"la oyundan sonra konkretliyi itirdik. Zehniyyət və yanaşmada hər hansı bir problem yox idi. Sadəcə, bir neçə görüşdə əlimizə düşən qol imkanlarından yararlana bilmədik".

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son turunda öz meydanında "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etmişdi. Məhz həmin qarşılaşmadan sonrakı dönəmdə "canavarlar" A seriyasında keçirdikləri 8 görüşün yalnız 1-də qələbə qazanmış, 4 heç-heçə, 3 məğlubiyyətlə yadda qalmışdılar.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...