Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ın beş futbolçusu cəbhəyə gedir

“Qarabağ”ın beş futbolçusu bu gün cəbhə bölgəsində əsgərlərimizlə görüşəcək.

Bu barədə Mynews.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Belə ki, əcnəbilərdən bosniyalı qapıçı İbrahim Şehiç də daxil olmaqla, Coşqun Diniyev, Maksim Medvedev, Qara Qarayev və Elvin Yunuszadə cəbhə bölgələrimizdən birində əsgərlərimizlə görüşəcək.

Klubun məşqçilər heyətindən isə heç kim bu səfərdə olmayacaq. Buna səbəb komandanın Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunun “Qəbələ” ilə görüşünə hazırlaşmasıdır.

Qeyd edək ki, çempionat başa çatmasa da, “Qarabağ” ölkə çempionluğunu öncədən təmin edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...