Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Milan"ın oyununda 6 qol!

İtaliya A seriyasında 2017-18 mövsümünə yekun vurulur. Son turun oyunları iki gün ərzində oynanılacaq.

İlk oyun günündə 1 qarşılaşma baş tutub. Çempionluğu təmin edən "Yuventus" A seriyası ilə vidalaşan "Verona"nı qəbul edib. Bu qarşılaşma turinlilərin əfsanəvi qapıçısı Canluici Buffonun vida matçı olub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Gümüş mükafatçı "Napoli" elitada qalmaq istəyən "Krotone"ni sınağa çəkdi.

"Roma" "Sassuolo"nun qonağı oldu.

Turun mərkəzi qarşılaşması paytaxtda keçiriləcək. Çempionlar Liqasına (ÇL) iddia edən "Latsio" ilə "İnter" üz-üzə gələcək. Məhz bu qarşılaşma İtaliyanı ÇL-də təmsil edəcək son komandanın kimliyinə aydınlıq gətirəcək. "Latsio"ya bunu təmin etmək üçün doğma azarkeşləri önündə bərabərlik də sərf edir. "İnter"in isə qələbədən başqa yolu yoxdu.

İtaliya A seriyası

XXXVIII tur

19 may

"Yuventus" - "Verona" - 2:1

Qollar: Ruqani, 49, Pyaniç, 52 - Çerçi, 76

20 may

"Cenoa" - "Torino" - 1:2

Qollar: Pandev, 80 - Falke, 30, Bazelli, 58

"Milan" - "Fiorentina" - 5:1

Qollar: Hakan Çalhanoğlu, 23, Kutron, 42, 59, Kaliniç, 49, Boneventura, 76

"Kalyari" - "Atalanta" - 1:0

Qol: Çepitelli, 87

"Kyevo" - "Benevento" - 1:0

Qol: İnqles, 50

"Napoli" - "Krotone" - 2:1

Qollar: Milik, 23, Kalleyxon, 32 - Tumminello, 90

"Spal" - "Sampdoriya" - 3:1

Qollar: Antenuççi, 4, 52, Qrassi, 50 - Kovnaçki, 66

"Udineze" - "Bolonya" - 1:0

Qol: Fofana, 30

22:45. "Latsio" - "İnter"

22:45. "Sassuolo" - "Roma"

///apasport

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...