Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı gənc Avropa çempionu olub

Rusiyanın Moskva şəhərində uşu üzrə gənclər arasında 17-ci Avropa çempionatı başa çatıb.

Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, mayın 14-dən 20-dək davam edən çempionatda 36 ölkə təmsil olunub.

Azərbaycanı isə 8 idmançı təmsil edib.

5 gün davam edən yarışda komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Komandamıza yeganə qızıl medalı həmyerlimiz, 56 kq çəki dərəcəsində Səfəralı Məmmədrzayev qazandırıb

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...