Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qurban Qurbanov millinin yeni heyətini açıqladı

Millimizin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. 

Mynews.az xəbər verir ki, Qurban Qurbanov əvvəllər zədəli olduğu üçün milliyə çağırıla bilməyən, Türkiyənin “Samsunspor” klubundan yeni ayrılmış Üfiq Budağa da dəvət göndərib.

İlk dəfə Berti Foqtsun vaxtında milliyə cəlb edilmiş Almaniya doğumlu türk legionerimiz “Frayburq”, “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” və “Manisaspor” kimi klubların da şərəfini qoruyub. 

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”);

Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hər üçü “Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Slavik Alxasov (“Keşlə”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Üfiq Budaq (klubsuz);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Rişard Almeyda (hər üçü “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hər üçü “Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov, Araz Abdullayev (hər üçü “Qəbələ”), Cavid İmamverdiyev (“Sumqayıt”), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);

Hücumçular: Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə), Mahir Mədətov (“Qarabağ”), Amil Yunanov (klubsuz).

Qeyd edək ki, yığmamız sabahdan iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunları keçirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...