Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazandı

Ötən həftə sonu Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir baş tutub.

Mynews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərlənib. Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb.

Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...