Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda dava salan iranlı oyunçular cəzalandırıldı

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. 

Mynews.az-ın məlumatına görə, bundan əlavə, oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün bu klub da 1600 manat cərimə edilib.

Premyer Liqanın XXVIII turunun “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində qonaqların ukraynalı futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalandırılıb, Bakı klubu isə 200 manat cərimə ödəməli olacaq.

Premyer Liqanın XXVIII turunun “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində Qəbələ təmsilçisinin kapitanı Cavid Hüseynov Dani Kintaya qarşı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Bu üzdən futbolçu üç oyunluq cəzalandırılıb, “Qəbələ” isə 2400 manat cərimələnib.

İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun “Marafon Futzal” – “Uğur” FK matçında baş verənlər haqqında da qərar çıxarıb. Oyunun 37-ci dəqiqəsində “Uğur”un futzalçısı Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 38-ci dəqiqədə “Marafon Futzal”ın üzvü Arif Boluri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb.

Oyunun 38-ci dəqiqəsində “Uğur”un oyunçuları – Mahsen Qeşani və Rza Əmoni hakimlər briqadasını təhqir etdiyinə, aqressiv davranış, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki iranlı futzalçı on oyunluq cəzaya məhkum edilib. “Marafon Futzal”ın üzvü Seymur Məmmədov isə oyundan sonra rəqibi təhqir etdiyinə görə üç oyunluq cəza alıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...