Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Kubokunun final matçının biletlərinin QİYMƏTİ və satışa çıxarılacağı TARİX

Mayın 28-də Qəbələdə keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib.

Mynews.az report-a istinadən xəbər verir ki, "Keşlə" və "Qəbələ" komandaları arasında baş tutacaq final oyununu VİP yerlərdən izləmək istəyənlər 30 manat ödəməli olacaqlar. Digər sektorlar üçün bilet qiymətləri isə 2 - 5 manat təşkil edəcək.

Ümumilikdə 4500 bilet mayın 26-da Qəbələ şəhər stadionunun girişində və "Gabaland" Əyləncə Mərkəzində satışa çıxarılacaq. Bilet satışı ilə bağlı Qəbələdə, eləcə də ətraf rayonlardakı otellərdə məlumat lövhələri yerləşdiriləcək.

Qeyd edək ki, final görüşü saat 20:00-da start götürəcək. Oyundan bir saat öncə isə məhşur rumıniyalı müğənni Seeya Qəbələ şəhər stadionunda konsert proqramı ilə çıxış edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...