Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yığmamız Bolqarıstanla qarşılaşacaq

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək.

Mynews.az report-a istinadən xəbər verir ki, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gələcək.

Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcək. Qrupun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

Qızıl Avropa Liqası, A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan
Hakimlər:
Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)
Sofiya, Xristo Botev Sarayı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...